Zakir Həsənov: Azərbaycan Ordusunun maddi-texniki təminatının yüksək səviyyədə olması qazanılan qələbədə mühüm əhəmiyyət kəsb edib

Zakir Həsənov: Azərbaycan Ordusunun maddi-texniki təminatının yüksək səviyyədə olması qazanılan qələbədə mühüm əhəmiyyət kəsb edib

Vətən müharibəsi zamanı, eləcə də son dövrlərdə aparılan döyüş əməliyyatlarında Azərbaycan Ordusunun maddi-texniki təminatının yüksək səviyyədə olması qazanılan şanlı qələbədə mühüm əhəmiyyət kəsb edib.

“Poliqon” xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov maddi-texniki təminat üzrə zabitlərlə görüşən zaman deyib.

Görüşdə Z.Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində Azərbaycan Ordusunun günü-gündən qüdrətlənməsindən, hərbi qulluqçuların maddi-texniki təminat və təchizatının hər zaman diqqət mərkəzində olmasından danışıb.

Müdafiə naziri Vətən müharibəsi zamanı, eləcə də son dövrlərdə aparılan döyüş əməliyyatlarında Azərbaycan Ordusunun maddi-texniki təminatının yüksək səviyyədə olmasının qazanılan şanlı qələbədə mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Zakir Həsənov qeyd edib ki, Azərbaycan Ordusunda digər sahələrdə olduğu kimi maddi-texniki təminat sahəsində də görülən tədbirlər, xüsusilə azad edilmiş ərazilərdə tikinti-quruculuq işlərinin aparılması yüksək qiymətləndirilir.

7 9

Poliqon.az

CATEGORIES
TAGS