Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsinə dair tapşırıq verib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesinin effektiv həyata keçirilməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlərin görülməsi barədə aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
“Poliqon” xəbər verir ki, bu barədə Quru Qoşunlarının qərargahında müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə bildirilib.
Qeyd olunub ki, müdafiə naziri Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş hazırda isə ölkəmizi tərk edən Rusiya sülhməramlı kontingentinin şəxsi heyət, silah-sursat və döyüş texnikasının daşınmasında lazımi texniki dəstəyin göstərilməsi ilə bağlı müvafiq göstərişlər verib.