ABŞ və Kanada şirkətləri birgə əməkdaşlıq edəcək

ABŞ və Kanada şirkətləri birgə əməkdaşlıq edəcək

ABŞ-ın “Boeing” və Kanadanın CAE şirkəti birlikdə P-8A “Poseidon”dəniz patrul təyyarəsinin pilot heyətləri üçün təlim həlləri inkişaf etdirəcək.

“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, bunun üçün tərəflər arasında birgə komandanın təşkil olunmasına dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, yaradılacaq komanda Kanada, Norveç və Almaniyanın P-8A pilot heyətləri üçün üstün idarəetmə, texniki və sərfəli təlim həlləri təmin edəcək.

“Boeing”in bildirdiyinə görə, atılan bu addım P-8A təyyarələrini idarə edən pilotların əməliyyat zamanı verilən tapşırığı yerinə yetirə bilməsi üçün lazım olan bacarıqlarını artırmaq məqsədi daşıyır.

Xatırladaq ki, ötən ay Kanada hökuməti “Boeing”dən təxminən 16 ədəd P-8A “Poseidon” dəniz patrul təyyarəsi almaqdan ötrü ABŞ-ın Xarici Hərbi Satış proqramı vasitəsilə qarşı tərəfə sorğu məktubu təqdim edib.

Poliqon.az

CATEGORIES
TAGS