ANAMA azad edilən ərazilərdə 51 ədəd mina aşkarlayıb

ANAMA azad edilən ərazilərdə 51 ədəd mina aşkarlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.

2023-cü ilin mayın 8-dən 13-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 248 ha ərazi yoxlanılıb, 21 ədəd piyada əleyhinə mina, 30 ədəd tank əleyhinə mina və 191 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

FwKosW6WYAICtTQ

Poliqon.az

CATEGORIES