ANKA-3 PDT-nin iki mühərrikli versiyası hazırlanır
Türkiyənin TUSAŞ şirkəti ANKA-3 pilotsuz döyüş təyyarəsinin (PDT) iki mühərrikli versiyasını hazırlayır.
“Poliqon” xəbər verir ki, bunu TUSAŞ şirkətinin baş direktoru Temel Kotil açıqlayıb.
Baş direktorun sözlərinə görə, ANKA-3 PDT-nin iki mühərrikli prototipi tezliklə hazır vəziyyətə gətiriləcək və o, səsdən sürətli olacaq.
Qeyd edək ki, ANKA-3-ün inkişaf etdirilən tək mühərrikli versiyası ilk uçuşnu ötən ilin 28 dekabrında həyata keçirib. ANKA-3 pilotsuz döyüş təyyarəsi həmin vaxt 1 saat 10 dəqiqə havada qalmış və sınaq boyunca 8 min fut yüksəkliyə qalxaraq testi uğurla tamamlamışdı.