ANKA-3 pilotsuz döyüş təyyarəsi ilk uçuşunu yerinə yetirib – VİDEO

ANKA-3 pilotsuz döyüş təyyarəsi ilk uçuşunu yerinə yetirib – VİDEO

Türkiyənin TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən ANKA-3 pilotsuz döyüş təyyarəsi ilk uçuşunu yerinə yetirib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün rəsmi “X” hesabında paylaşım edib.

Türkiyə prezidenti ANKA-3 pilotsuz döyüş təyyarəsinin qabaqcıl texnologiyaları, dizaynı və xüsusiyyətləri ilə ölkənin müdafiəsinə böyük töhfə verəcəyini bildirib.

Qeyd edək ki, ilk uçuşunda 1 saat 10 dəqiqə havada qalan ANKA-3 sınaq boyunca 8 min fut yüksəkliyə qalxaraq testi uğurla tamamlayıb.

CATEGORIES
TAGS