
ASELSAN 50.3 milyon dollarlıq yeni müqavilə imzalayıb
Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) ASELSAN şirkətinə əlavə təhlükəsizlik sistemləri sifariş edib.
ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, SSB tərəfindən olunan əlavə sifarişin dəyəri 50.3 milyon ABŞ dolları təşkil edib.
Müqaviləyə əsasən, “Sərhəd Təhlükəsizliyi və Daxili Təhlükəsizlik” layihəsi çərçivəsində yerinə yetiriləcək işlərin 2028-ci ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılıb.
CATEGORIES Aselsan
TAGS ASELSAN