ASELSAN-a yeni baş direktor təyin olunub

ASELSAN-a yeni baş direktor təyin olunub

ASELSAN İdarə Heyətinin qərarı ilə şirkətin yeni baş direktoru təyin olunub.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, bu vəzifəni şirkətin Mikroelektron Tuşlama və Elektro-Optika Sektorunun sədri və baş direktor müavini Ahmet Akyol icra edəcək.

ASELSAN-ın baş direktoru vəzifəsinə təyin edilən Ahmet Akyol bununla bağlı fikirlərini bölüşüb:“ Ölkəmiz və şirkətimiz adına verilən bu böyük vəzifə və məsuliyyətə görə İdarə Heyətimizə minnətdarlığımı bildirmək istəyirəm. ASELSAN-ın müstəqil texnologiyalar sahəsində yüksəkdə duran uğur hədəfini daha da yüksəklərə qaldırmağı böyük vəzifə kimi görürəm.

ASELSAN əməkdaşlarının bacarıqları və təcrübələri ilə bir çox milli nailiyyəti ölkəmizə təqdim edəcəyik. Qlobal arenada dost və müttəfiq istifadəçilərimizə təklif etdiyimiz rəqabətədavamlı və səmərəli həllərlə ölkəmizin dəyərli ixracat hədəflərinə ən yüksək gəlirləri təmin etmək üçün çalışacağıq. İxracat həyata keçirdiyimiz 84 ölkənin üzərinə yenilərini əlavə etmək məqsədimizdən dönməyəcəyik.

Tə-İn (tədqiqat və inkişaf) və innovasiyadan aldığımız güclə, ölkəmizin oyun dəyişdirən texnologiyalarına ən yüksək milli töhfəmizi verməyə davam edəcəyik. Həmişə qabaqcıl texnologiyalara diqqət yetirəcək, onları inkişaf və istehsal etmək üçün əlimizdən gələni edəcəyik.

Biz milliləşdirməni bir seçim deyil, zərurət olaraq görürük ki, bu da ASELSAN-ın quruluş vizyonunda yer alır. Minlərlə yerli təchizatçımızdan aldığımız güclə milliləşdirmənin qızıl dövrünə möhür vurmağa davam edəcəyik”, – deyə Ahmet Akyol vurğulayıb.

ASELSAN-ın baş direktoru vəzifəsinə təyin edilən Ahmet Akyol bununla bağlı fikirlərini bölüşüb:“ Ölkəmiz və şirkətimiz adına verilən bu böyük vəzifə və məsuliyyətə görə İdarə Heyətimizə minnətdarlığımı bildirmək istəyirəm. ASELSAN-ın müstəqil texnologiyalar sahəsində yüksəkdə duran uğur hədəfini daha da yüksəklərə qaldırmağı böyük vəzifə kimi görürəm.

ASELSAN əməkdaşlarının bacarıqları və təcrübələri ilə bir çox milli nailiyyəti ölkəmizə təqdim edəcəyik. Qlobal arenada dost və müttəfiq istifadəçilərimizə təklif etdiyimiz rəqabətədavamlı və səmərəli həllərlə ölkəmizin dəyərli ixracat hədəflərinə ən yüksək gəlirləri təmin etmək üçün çalışacağıq. İxracat həyata keçirdiyimiz 84 ölkənin üzərinə yenilərini əlavə etmək məqsədimizdən dönməyəcəyik.

Tə-İn (tədqiqat və inkişaf) və innovasiyadan aldığımız güclə, ölkəmizin oyun dəyişdirən texnologiyalarına ən yüksək milli töhfəmizi verməyə davam edəcəyik. Hər zaman qabaqcıl texnologiyalara diqqət yetirəcək, onları inkişaf və istehsal etmək üçün əlimizdən gələni edəcəyik.

Biz milliləşdirməni bir seçim deyil, zərurət olaraq görürük ki, bu da ASELSAN-ın quruluş visionunda yer alır. Minlərlə yerli təchizatçımızdan aldığımız güclə milliləşdirmənin qızıl dövrünə möhür vurmağa davam edəcəyik”, – deyə Ahmet Akyol vurğulayıb.

Qeyd edək ki, Ahmet Akyoldan əvvəl ASELSAN şirkətinin baş direktoru vəzifəsini hazırda Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı olan Haluk Görgün yerinə yetirirdi.

Poliqon.az

CATEGORIES
TAGS