Aselsan
ASELSAN adı açıqlanmayan ölkə ilə 25 milyon dollarlıq satış müqaviləsi imzalayıb

Türkiyənin ASELSAN şirkəti xarici müştərisi ilə 24,59 milyon ABŞ dolları dəyərində satış müqaviləsi imzalayıb.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin rəsmi “Twitter” hesabında paylaşım edilib.
Paylaşımda satış müqaviləsinin dəyəri açıqlansa da, çatdırılacaq hərbi təyinatlı məhsulların adı və növü, sifarişlərin çatdırılma vaxtı və hansı ölkəyə çatdırılması barədə məlumatlar qeyd olunmayıb.
Xatırladaq ki, ASELSAN şirkəti iyul ayının əvvəlində Asiya-Sakit Okean ölkələrinin biri ilə 13,76 milyon ABŞ dolları dəyərində satış müqaviləsi də imzalayıb.
Rizvan Fikrətoğlu




