ASELSAN-ın dövriyyəsi 20 milyarda çatıb

ASELSAN-ın dövriyyəsi 20 milyarda çatıb

Türkiyənin ASELSAN şirkətinin ümumi satışı 2021-ci ildə 25% artırılaraq dövriyyəsi 20 milyard Türkiyə lirəsinə (TL) çatıb.

ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, şirkətin faiz, amortizasiya və vergi öncəsi mənfəəti 5,5 milyard TL-yə, xalis mənfəəti 7,1 milyard TL-yə çatıb. Şirkətin öz kapitalının aktivlərə nisbəti 56 %, fəaliyyətlərdən əldə edilən nəğd gəlir əvvəlki ilə nisbətən 42 % artaraq 2,4 milyard TL olub.

ASELSAN-ın İdarə Heyətinin sədri və Baş direktoru Haluk Görgün rəhbərlik etdiyi şirkətin 2021-ci il fəaliyyətinin maliyyə nəticələrini qiymətləndirərək deyib ki, müdafiə sənayesi sahəsində lider olaraq 46 ili geridə qoyan ASELSAN, qeyri-müəyyənliklərin özünü göstərdiyi 2021-ci ildə 2 milyard ABŞ dollarından çox olan yeni sifarişlər alıb. ASELSAN-ın balans sifarişləri 2021-ci ilin sonunda 8,5 milyard ABŞ dollarına çatıb.

“2021-ci il ərzində, bu günə qədər heç satış edilməmiş 6 yeni ölkəyə ASELSAN məhsullarının satışını həyata keçirdik. Son üç ildə istifadəçimiz olan ölkəlin siyahısına 15 yeni ölkə əlavə etməklə bu rəqəmi 78-ə yüksəldik. 2021-ci ildə “Ar-Ge” (araşdırma-inkişaf) fəaliyyətlərimizə 5000-dən çox Ar-Ge personalımız ilə davam etdirərək ümumilikdə 632 milyon ABŞ dolları “Ar-Ge” xərcləməsi etdik və 2021-ci ildə Türkiyənin ən çox “Ar-Ge” xərcləri həyat keçirən 250 şirkəti sırasında birinci yeri tutduq”, – deyə ASELSAN-ın Baş direktoru Haluk Görgün vurğulayıb.

Baş direktor bildirib ki, Pandemiyanın ikinci ilində də ASELSAN investisiyaları ilə böyüməyə davam edib: “Yüksək texnologiyalarımızı dünyanın xidmətinə təqdim etməklə yanaşı, ixracyönümlü inkişaf hədəfimizə doğru irəliləmişik. Ümumi satışlarımızı 25% artıraraq, 20 milyard TL-nin üzərinə çıxarardıq”.

Haluk Görgünün sözlərinə görə, ASELSAN ötən il 3300-ü yerli olmaqla, 5500-dən çox tədarükçüyə 1,5 milyard ABŞ dolları dəyərində satınalma sifarişləri verib. Bu sifarişlərin 1 milyard ABŞ dollarından çoxunu yerli tədarükçülərə verilən sifarişlər təşkil edib. Şirkət, ötən illərdə olduğu kimi 2021-ci ildə də tədarükçülərinə güclü şəkildə maliyyə dəstəyi göstərib, təkcə yerli təchizatçılarına 1 milyard ABŞ dollarından çox vəsait köçürüb.

ASELSAN 2021-ci ildə 197 məhsulun milliləşdirilməsini uğurla başa çatdırmaqla, son 3 ildə milliləşdirdiyi məhsulların sayı 500-ü keçib və bununla 200 milyon ABŞ dollarına yaxın pul vəsaitinin Türkiyədə qalmasını təmin edib. Habelə ASELSAN 2021-ci ildə daha 1176 nəfər mütəxəssisi işə qəbul etməklə işçilərin sayını 9460 nəfərə çatdırıb.

Rizvan Fikrətoğu

Poliqon.az

CATEGORIES
TAGS