ASELSAN istehsalı UKSS-lərdən istifadə edən ölkələrin sayı 22-yə yüksəlib

ASELSAN istehsalı UKSS-lərdən istifadə edən ölkələrin sayı 22-yə yüksəlib

Türkiyə müdafiə sənayesinin uzaqdan idarə olunan silah sistemlərindəki (UKSS – uzaktan komutalı silah sistemi) uğurları yeni tədarük və ixrac addımları ilə artmağa davam edir.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən bildirir ki, Türkiyə müdafiə sənayesi quru, hava və dəniz döyüşləri üçün istifadə oluna bilən müxtəlif tipli silah və atəşi idarəetmə sistemlərini istehsal edib dünya ordularının xidmətinə verir.

Ehtiyaclara görə alternativ silahlarla təchiz oluna bilən, eləcə də müxtəlif xüsusiyyətlərə və modul quruluşa malik bu sistemlər çətin coğrafi şəraitə tab gətirəcək şəkildə və sərt münaqişə mühitlərinə uyğun olacaq hərbi standartlarda dizayn edilib.

Üzərindəki müxtəlif sensorlar sayəsində hədəfləri aşkarlaya, onları izləyə, məsafəsini təyin edə və ballistik həllərlə yüksək dəqiqlikli atəş açmaq qabiliyyətinə sahib bu sistemlər, uzaqdan idarə oluna bilmə və istəyə uyğun şəkildə avtomobilin içindən sursat yükləmə kimi xüsusiyyətləri ilə döyüş zamanı şəxsi heyətin təhlükəsizliyini ən yüksək səviyyədə təmin edir.

Bu baxımdan Türkiyənin ASELSAN şirkəti ötən il adı çəkilən sistemlər üçün intensiv işlər aparıb.

Belə ki, 2022-ci ildə ASELSAN-ın UKSS-ləri Banqladeş və Kosovo Ordusuna təqdim edilib. Nigeriya və İraq kimi daha əvvəl UKSS satışı həyata keçirilməyən ölkələrlə yeni müqavilələr imzalanıb.

Bununla da ASELSAN istehsalı UKSS-lərdən istifadə edən ölkələrin sayı 22-yə yüksəlib və həmin ölkələrdə 4000-dən çox UKSS son istifadəçilərin ixtiyarına verilib.

2022-ci ildə tamamlanan böyük layihələrdən biri də Qətərdə 50 ədəd VAB avtomobilinin modernləşdirilməsidir. Modernləşdirmə nəticəsində maşınlar “Sarp” uzaqdan idarə olunan döyüş modulu, yaxın məsafədən müşahidə, V/UHF radio və daxili rabitə sistemləri ilə təchiz edilib.

ASELSAN həmin avtomobilləri 4 ay ərzində modernləşdirərək 2022 FIFA Dünya Kuboku öncəsinə qədər Qətərə təqdim edib.

Həmçinin, “Sarp” döyüş modulu “Nurol Makina” tərəfindən Macarıstana ixrac edilən 32 ədəd 4×4 təkər formullu “Ejder Yalçın” zirehli maşınının hər birinə inteqrasiya olunub.

Bundan başqa zirehli döyüş maşınlarının modernləşdirilməsi layihəsi çərçivəsində “Nefer” döyüş modulu ilk dəfə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib.

GABYA sinifinə aid 5 ədəd gəmiyə toplamda 10 ədəd Stamp-2 silah sistemi inteqrasiya edilərək Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına təhvil verilib.

Pakistan MİLGEM, MİLGEM 5 və çox məqsədli amfibiya hücum gəmisi “TCG Anadolu” layihələri üzrə “Stop” silah sistemlərinin çatdırılması tamamlanıb.

Eyni zamanda “Dearsan”ın patrul gəmisi, Pakistanın OPV layihəsi və Qətərin LCT ilə LCM gəmiləri çərçivəsində 5 ədəd “Muhafız” və 4 ədəd “Stamp-2” silah sistemi sifarişçilərə təhvil verilib.

009 2023 09 2023 24 Nisan 02 20230407 2 58141954 87672653

Poliqon.az

CATEGORIES
TAGS