
ASELSAN Türkiyə Silahlı Qüvvələrini erkən xəbərdarlıq radar sistemi ilə təmin edəcək
ASELSAN ilə Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) arasında Sabit Erkən Xəbərdarlıq Radar Sistemi layihəsi ilə bağlı ümumi dəyəri 1 milyard TL (52.3 milyon ABŞ dolları) olan müqavilə imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN-ın İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında qeyd olunub.
Bildirilib ki, sözügedən müqavilə çərçivəsində ASELSAN tərəfindən tədarüklər 2026-2027-ci illər ərzində həyata keçiriləcək.
Xatırladaq ki, ötən ilin noyabr ayında ASELSAN-ın baş direktoru Haluk Görgün erkən xəbərdarlıq radar (Erken İhbar Radar – EİR) sisteminin artıq son sınaqlarının keçirildiyini və yaxın zamanalarda Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil ediləcəyini açıqlamışdı.
KATEQORIYA: Aselsan