ASELSAN və BMC şirkətləri arasında müqavilə imzalanıb

ASELSAN və BMC şirkətləri arasında müqavilə imzalanıb

Türkiyənin ASELSAN və “BMC Otomotiv” şirkətləri arasında tank sistemlərinin alqı-satqısı ilə bağlı ümumi dəyəri 261.8 milyon avro (5.6 milyard TL) olan müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN-ın İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında qeyd olunub.

Bildirilib ki, müqavilə çərçivəsində ASELSAN tərəfindən “BMC Otomotiv” şirkətinə tank sistemlərinin tədarükləri 2024-2027-ci illərdə həyata keçiriləcək.

Poliqon.az

CATEGORIES
TAGS