
ASELSAN xarici müştərinin istifadəsi üçün avionika sistemləri tədarük edəcək
Türkiyənin ASELSAN və TUSAŞ şirkətləri beynəlxalq müştərilərinin istifadəsi üçün avionika sistemlərini əhatə edən iki müqavilə imzalayıblar.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.
Sözügedən müqavilələrin ümumi dəyəri 57.8 milyon ABŞ dolları təşkil edir. Bu müqavilələrə əsasan, avionika sistemlərinin sifarişçiyə təhvil verilməsi 2024-2025-ci illər ərzində həyata keçirəcək.
CATEGORIES Aselsan