ATK-dən PUA-lar üçün dünyanın ən kiçik bombası

ATK şirkəti istehsal etdiyi dünyanın ən kiçik və yüksək dəqiqlikli bombası olan “Hatchet”i təqdim edib. Bu barədə “AzeriDefence” xarici hərbi KİV-lərə istinadən məlumat verib.

Bu döyüş sursatı helikopter və təyyarələrdə, idarə edilən kiçik pilotsuz uçuş aparatlarında (PUA) istifadə oluna bilər. ATK şirkətinin nümayəndəsinin sözlərinə görə, 60 mm-lik bomba əvvəlcə “Predator” tipli PUA-ların silahlandırılması üçün hazırlanıb. Balaca döyüş sursatı pilotsuz təyyarənin döyüş komplektini əhəmiyyətli dərəcədə genişləndirə bilir. Hər bir “Hatchet” bombasının ağırlığı 2 kq təşkil edir. Hansı ki, ABŞ-da indiyədək ən yığcam bomba sayılan Raytheon şirkətinin Small Tactical Munition II sursatı 6 kq olub.

Mini bombanın şəhər şəraitlərində tətbiqinin effektiv olacağı güman edilir. Yeni bombanın dəqiqliyi minimal zərərlə qonşu binaları, hətta konkret otağı vurmağa imkan verir.

“Hatchet” eyni zamanda kiçik PUA-ların silahlandırılmasına da daxil edilməsi nəzərdə tutulur.

KATEQORIYA: