Azərbaycan vətəndaşlarının 70,7 faizi Prezidentin ordu quruculuğu istiqamətindəki fəaliyyətinin çox səmərəli olduğunu düşünür

Azərbaycan vətəndaşlarının 70,7 faizi Prezidentin ordu quruculuğu istiqamətindəki fəaliyyətinin çox səmərəli olduğunu düşünür

Sosial Tədqiqatlar Mərkəzinin (STM) “İnam İndeksi” nəşrinin üçüncü buraxılışı Azərbaycan Prezidentinin ilin ikinci rübündəki – aprel, iyun ayları ərzindəki fəaliyyətinə həsr edilib.

Azeri Defence saytının məlumatına görə, STM İdarə Heyətinin sədr müavini Elşad Mirbəşiroğlu “İnam İndeksi”nin müxtəlif aspektlərindən bəhs edib və bildirib ki, Azərbaycan Prezidentinin fəaliyyətinin prioritet istiqamətlərindən birini ordu quruculuğu təşkil edir.

“Silahlı Qüvvələrə xüsusi diqqətin ayrılmasını təbii ki, hər şeydən öncə ölkəmizin müharibə şəraitində olması şərtləndirir. Keçirilmiş sorğunun nəticələri aydın göstərdi ki, əhali ordu quruculuğu istiqamətində Prezidentin fəaliyyətini kifayət qədər yüksək qiymətləndirir”, – deyə STM İdarə Heyətinin sədr müavini vurğulayıb.

Elşad Mirbəşiroğlunun sözlərinə görə, rəyi soruşulanların 70,7 faizi, yəni, mütləq çoxluğu ölkə Prezidentinin ordu quruculuğu istiqamətindəki fəaliyyətinin çox səmərəli olduğunu düşünür: “24,6 faiz respondent isə bu istiqamətdə dövlət başçısının fəaliyyətini əsasən səmərəli hesab edir. Əks mövqedən çıxış edən vətəndaşların faiz dərəcəsi 2,5-ə bərabərdir. Ordu quruculuğu istiqamətində səmərəli fəaliyyət ölkə Prezidentinə olan inam və etimadın artmasını şərtləndirən əsas amil rolunda çıxış edir. Belə ki, Prezidentə olan inam və etimadının artdığını bildirən 24,6 faiz respondentin 82 faizi ordu quruculuğu istiqamətində onun fəaliyyətini çox müsbət qiymətləndirir. Hətta inam və etimadının azaldığını bildirən 2,6 faiz respondentin 27,6 faizi də ordu quruculuğu istiqamətindəki fəaliyyəti müsbət qiymətləndirir”.

CATEGORIES
TAGS