Azərbaycan ilə Bosniya və Herseqovinanın müdafiə nazirləri görüşüb

Azərbaycan ilə Bosniya və Herseqovinanın müdafiə nazirləri görüşüb

Sentyabrın 6-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən ADEX 2022 Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəyə gələn Bosniya və Herseqovinanın müdafiə naziri Sifet Podçiç ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, görüşdə ölkələr arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili və digər məsələlər müzakirə edilib.

Poliqon.az

CATEGORIES