Azərbaycan ilə Tacikistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib – VİDEO

Azərbaycan ilə Tacikistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib – VİDEO

Oktyabrın 23-də Tacikistanın müdafiə naziri general-polkovnik Şerali Mirzonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi keçirilib. Fəxri qarovulun önündən keçildikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. General-polkovnik Ş.Mirzo protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlar, azad edilən ərazilərdə görülən işlər barədə danışıb.

Tacikistanın müdafiə naziri də öz növbəsində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə azərbaycanlı həmkarını təbrik edib.

İki ölkə arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyi qeyd olunub. Ordu quruculuğu istiqamətində, həmçinin hərbi-texniki sahədə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Görüşdə Azərbaycan ilə Tacikistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilib.

CATEGORIES
TAGS