Azərbaycan MN: Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınır
Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat məqsədilə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən döyüş mövqelərini intensiv atəşə tutub.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınır: “Bölmələrimiz tərəfindən görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Hazırda minaatan və iriçaplı silahlardan istifadə etməklə mövqelərimiz ermənilər tərəfindən atəşə tutulur. Qarşı tərəfin atəş mövqelərinin susdurulması məqsədilə zəruri addımlar atılır”.
Qeyd edilib ki, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin tam nəzarəti altındadır.
Müdafiə Naziriliyi ictimaiyyəti təmkinli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırırıb.