Azərbaycan MN-in nümayəndə heyəti DIMDEX-2024-də Qətər şirkətlərini ziyarət edib

Azərbaycan MN-in nümayəndə heyəti DIMDEX-2024-də Qətər şirkətlərini ziyarət edib

Qətər Silahlı Qüvvələri tərəfindən Dohada təşkil edilən 8-ci Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransı (DIMDEX 2024) davam edir.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a bildirilib ki, Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransı çərçivəsində bu ölkədə səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətərin “Barzan Holdings” və tabeliyində olan şirkətlərin stendlərini ziyarət edib, holdinqin icraçı direktoru Abdullah Əl-Xater ilə görüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı müzakirələr aparılıb.

CATEGORIES