SərgilərXəbərlər

Azərbaycan müdafiə sənayesinin məhsulları İstanbulda sərgilənir

Müdafiə Sənayesi Nazirliyinin təbeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC SAHA 2026 sərgisində Azərbaycan müdafiə sənayesinin imkanlarını nümayiş etdirir.

“Poliqon” xəbər verir ki, “Azərsilah” stendində 75 adda müdafiə təyinatlı məhsul sərgi iştirakçılarına və ziyarətçilərə təqdim edilir.

Holdinqin stendində “Azərsilah”la yanaşı, digər yerli müdafiə sənayesi müəssisələri də təmsil olunur. Bunlar arasında “Alov” zavodu, “Aqreqat İstehsalat Birliyi” MMC, “Cihaz İstehsalat Birliyi” MMC, “İqlim” Elmi-İstehsalat Müəssisəsi, “Zireh” MMC, Milli Aerokosmik Agentliyi və digər müəssisələr yer alır.

Sərgi çərçivəsində beynəlxalq tərəfdaşlarla görüşlər və əməkdaşlıq imkanlarının müzakirəsi nəzərdə tutulur.

Back to top button