Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin ikitərəfli görüşü olub

Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin ikitərəfli görüşü olub

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 21-də Türkiyədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İkitərəfli görüşdə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyi qeyd edilib, ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyi bildirilib.

Tərəflər Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini xüsusi vurğulayıblar.

Görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlığın müxtəlif sahələri üzrə ətraflı fikir mübadiləsi aparılıb, regional təhlükəzislik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Poliqon.az

CATEGORIES