AzərbaycanMüdafiəSənaye
“Azərbaycanın hərbi-sənaye potensialı” mövzusunda praktiki məşğələ keçirilib – FOTOLAR

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunun tədris proqramına uyğun olaraq dinləyicilər üçün Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində “Azərbaycanın hərbi-sənaye potensialı” mövzusunda praktiki məşğələ keçirilib.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Dinləyicilərə nazirliyin strukturu, vəzifələri, müəssisələrdə istehsal olunan hərbi təyinatlı məhsullar haqqında məlumat verilib. Onlar hərbi təyinatlı məhsulların istehsalı prosesi və hazır məhsullarla tanış olublar.






