“Azərkosmos”un heyəti Malayziyada təcrübə keçəcək/b>
Azərbaycanın ilk telekommunikasiya peykinin idarə edilməsini həyata keçirəcək “Azərkosmos” ASC-nin 25 nəfərdən ibarət mütəxəssis heyəti yaxın günlərdə Malayziyanın Kuala-Lumpur şəhərində səfərdə olacaq. Bu barədə “AzeriDefence” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən məlumat verib.
Səfər Malayziyanın MEASAT şirkətində peykin idarə edilməsi və istismarı prosesinin daha dərindən mənimsənilməsi, professional təcrübə və vərdişlərə yiyələnmək məqsədi daşıyır.
Qeyd edək ki, 2011-ci ilin oktyabr-noyabr aylarında “Azərkosmos”un əməkdaşları MEASAT şirkətində və peykin istehsalçısı olan ABŞ-ın “Orbital Sciences” korporasiyasında müvafiq treninq və ixtisasartırma kurslarında iştirak ediblər.
KATEQORIYA: Aerospace