“Birləşdik-2024″ təlimində gecə və məhdudgörmə şəraitində tapşırıqlar icra olunub

“Birləşdik-2024″ təlimində gecə və məhdudgörmə şəraitində tapşırıqlar icra olunub

“Birləşdik-2024″ təlimi çərçivəsində iştirakçı dövlətlərin hərbi kontingentləri gecə və məhdudgörmə şəraitində taktiki tapşırıqlar yerinə yetirilib.

“Poliqon” xəbər verir ki, qoşunların birgə hərəkətini Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Tacikistan və Özbəkistan müdafiə nazirləri izləyiblər.

İştirakçı ölkələrin hərbi qulluqçuları “Oymaşa” poliqonunda keçirilən hərbi əməliyyatlarda plana uyğun olaraq 17 taktiki epizod hazırlayıblar. Əməliyyat planında qeyri-qanuni silahlı strukturların tapılıb məhv edilməsi kimi vahid təlim və döyüş tapşırıqları yerinə yetirilib.

Xüsusi əməliyyatın uğurla həyata keçirilməsində quru və hava kəşfiyyatı xidmətləri mühüm rol oynayıb. Koordinatlar müəyyənləşdirildikdən sonra xüsusi təyinatlı qruplar havadan zərbə üçün onları ordu aviasiyasına ötürüb. Bundan əlavə, döyüş ekipajları, “Wing Loong”, “Orbiter” və “Puma” pilotsuz uçuş aparatları cəbhə xəttində yerləşən baza ərazilərinin, silahlı qurpların mövqelərinin, onların oriyentasiyası və hərəkətinin kəşfiyyatını həyata keçirib.

Dəstə birləşmələrinin yerləşdiyi yer artilleriya atəşi ilə məhv edilib. Düşmən mövqeyindən həyata keçirilən PUA hücumu hərbçilər tərəfindən radioelektron mübarizə vasitələri, mobil zenit-raket kompleksləri və zenit qurğularından istifadə edilməklə ilə dəf olunub.

Tank əleyhinə qumbaraatan, yaylım atəşli reaktiv sistemlər, tank əleyhinə raket kompleksləri və pulemyotlarla təchiz edilmiş mobil dəstələr düşmən artilleriyası tərəfindən açılan atəşin dəf olunmasında iştirak edib.

“Mühafizəçi kurqan” taktiki yanaşmasının icrası zamanı tank ekipajları koordinasiyalı hərəkət nümayiş etdiriblər.

Atəş xəttində yerləşən ehtiyat qüvvələr tərəfindən qanunsuz silahlı birləşmələrin qruplarının qaçmasının qarşısı alınıb. Əməliyyatın uğuru əvvəllər effektiv mövqe qazanmış taktiki hava enişlərinin, eləcə də birləşmiş aviasiya qrupunun zərbələrinin tətbiqi ilə artırılıb.

CATEGORIES
TAGS