Sənaye
Çin yeni minabasdıran mühəndis-istehkam avadanlığı hazırlayıb

Çin Ordusunun yeni minabasdıran mühəndis-istehkam avadanlığı təqdim olunub.
“AzeriDefence”nin məlumatına görə, bu barədə Çinin CCTV televiziyası görüntülər yayıb.
Minabasdıran mühəndis-istehkam avadanlığı prezident Si Tsinpinin Xalq Azadlıq Ordusunun Quru Qoşunlarını yoxlaması zamanı nümayiş etdirilib.
Tırtırlı nəliyyat vasitəsi üzərində inteqrasiya olunan minabasdıran avadanlıq haqqında heç bir məlumat verilməyib.




