“Dağıstan” Xəzərə daxil olub

Rusiya Hərbi Dəniz Donanmasına məxsus “Dağıstan” döyüş gəmisi Xəzərə daxil olub.

“AzeriDefence.com”un məlumatına görə, gəmi Qara dənizdə yerləşən Novorasiysk təlim mərkəzində sınaqları yekunlaşdıraraq, Xəzərə daxil olub. Bunun üçün döyüş gəmisi 1300 mil (2500 mk) məsafə qət etməli olub. Gəmi artıq Maxaçkaladakı bazaya çatıb.

Qeyd edək ki, “Dağıstan” gəmisi ABŞ-ın “Tomoqavk” raketləri tipindəki “Kalibr-NK” ballistik raketləri ilə təchiz olunub. Bu raketlər suüstü və quru hədəflərini yüksək dəqiqliklə vura bilir. Onların uçuş məsafəsi 300 kilometrdir.

CATEGORIES