DSX İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıb
Avqustun 27-də saat 00:05-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədində İrandan Azərbaycan istiqamətində hərəkət edən iki nəfər naməlum şəxs müşahidə edilib.
DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, sərhəd naryadı tərəfindən “Dayan” komandasının verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları sərhəd naryadının qanuni tələblərinə tabe olmayaraq hava şəraitinin qaranlıq olması və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə İran ərazisinə qaçıblar.
Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 10 kq 635 qram narkotik vasitəyə (marixuana) bənzər maddə aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.