Filippin Türkiyədən əlavə T-129 ATAK helikopteri sifariş edib

Filippin Türkiyədən əlavə T-129 ATAK helikopteri sifariş edib

Filippin Türkiyədən əlavə T-129 ATAK hücum və taktiki kəşfiyyat helikopteri sifariş edib.

“Poliqon” “Savunmasanayist”ə istinadən xəbər verir ki, sifariş 2018-ci ildə tərəflər arasında 6 ədəd T-129 ATAK helikopterinin alqı-satqısı üçün imzalanan müqavilənin əlavə satınalma maddəsi əsasında edilib.

Qeyd edək ki, 2018-ci ildə Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) ilə Filippin Müdafiə Nazirliyi arasında imzalanan Dövlətdən Dövlətə (G2G) beynəlxalq müqavilə çərçivəsində 280 milyon ABŞ dolları dəyərində 6 ədəd T-129 ATAK helikopterinin ixracı nəzərdə tutulmuşdu.

Sifariş üzrə T-129 ATAK-ın istehsalçısı olan Türkiyənin TUSAŞ şirkəti Filippin Hərbi Hava Qüvvələrinə (HHQ) ötən il 4 ədəd helikopter (2 ədədi mart və 2 ədədi noyabr ayında) təhvil verib. Geridə qalan 2 ədəd ATAK isə Filippin HHQ-yə cari il ərzində çatdırılacaq.

Poliqon.az

CATEGORIES
TAGS