Haluk Görgün: S-400-lərə olan ehtiyacı aradan qaldırırıq

Haluk Görgün: S-400-lərə olan ehtiyacı aradan qaldırırıq

“Hava hücumundan müdafiə sistemləri hazırlayırıq. S-300 və S-400-lərə ehtiyacımız yoxdur. Onlara olan ehtiyacı aradan qaldırırıq. Bu bizim vəzifəmizdir”.

“Poliqon” xəbər verir ki, bunu ASELSAN şirkətinin baş direktoru Haluk Görgün “Milliyet” qəzetinə müsahibəsində deyib.

H.Görgün ASELSAN-ın “Roketsan” şirkəti və TÜBİTAK-SAGE mərkəzi ilə birgə hazırladıqları “Siper” zenit-raketi sistemindən (ZRS) danışıb.

O, qeyd edib ki, “Siper” ZRS-nin iş prinsipi təkcə raketlərin buraxılmasını təmin etməkdən ibarət deyil, onun həm də əlaqə stansiyası, axtarış radarı, idarəetmə mərkəzi, atış-nəzarət bloku və dost-düşmən tanıma sistemi də var. ZRS-də 12-13 yük maşınından istifadə edilir ki, bu isə “Siper”in nə qədər böyük sistem olduğunu göstərir.

ASELSAN-ın baş direktoru bildirib ki, hava hücumundan müdafiə sistemləri əraziyə göndərilməzdən əvvəl simulyator mühitində həm proqram təminatı, həm də texniki cəhətdən sınaqdan keçirilir. Eyni zamanda bu simulyator mühitində həmin sistemlərin proqram təminatları da inkişaf etdirilir.

Bundan başqa, şirkətin Gölbaşı bölgəsində yerləşən 70 min m2-lik yeni müəssisəsi haqqında da məlumat verən H.Görgün, burada əsasən hava hücumundan müdafiə sistemlərinin istehsal olunduğunu vurğulayıb.

Poliqon.az

CATEGORIES
TAGS