“Hawker Beechcraft” Mərakeşin “T-6C Texan II” təyyarələrini təhvil verdi
ABŞ-ın “Hawker Beechcraft” şirkəti Mərakeş Hərbi Hava Qüvvələri (HHQ) üçün nəzərdə tutulan “T-6C Texan II” markalı təlim-tədris təyyarəsini sifarişçiyə çatdırılması prosesini yekunlaşdırıb.
Sonuncu 4 təyyarə 2012-ci il yanvarın 25-də Mərakeş HHQ-nə çatdırılıb.
Ümumilikdə Mərakeş ABŞ-dan bu tip 24 təyyarə alıb. Bu təyyarələrin alınması ilə bağlı müqavilə isə 2009-cu ilin oktyabrında imzalanıb. Müqavilənin ümumi həcmi 185,3 milyon ABŞ dolları olub. “T-6C Texan II” təyyarələri köhnəlmiş “T-34 Mentor” və “T-37 Tweet” təyyarələrini əvəzləyib.
Mərakeş HHQ-dən isə bildirilib ki, yeni təyyarələr F-16 pilotlarının təlimi üçün nəzərdə tutulub.
Təyyarə saatda 585 kilometr sürətlə uçmaqda və 1,7 min kilometrə qədər məsafəyə uçuşları etmək imkanına da malikdir.