Hərbi qulluqçuların strateji obyektlərin mühafizəsi sahəsində təcrübələri təkmilləşdirilir
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən “bp-Azərbaycan” Əməliyyat şirkətinin Səngəçal Terminalının Təhlükəsizlik üzrə struktur bölməsi və digər aidiyyatı qurumların iştirakı ilə sahə təlimi təşkil olunub.
Bu barədə “Poliqon” Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə istinadən məlumat verib.
Təlimin əsas məqsədi hərbi qulluqçuların strateji obyektlərin mühafizəsi sahəsində bilik və təcrübələrini təkmilləşdirmək, onları mümkün təhlükələrə qarşı hazırlıqlı etmək və effektiv müdafiə planlarını yerində icra etmək qabiliyyətlərini inkişaf etdirməkdir.