
İran iki yeni radar sistemi yaratdığını açıqlayıb.
“AzeriDefence”nin məlumatına görə, İranın müdafiə naziri briqada generalı Hüseyn Dehqan 500 km məsafədə hədəfləri aşkarlamağa imkan verən “Matla ül-Fəcr” adlı yeni qısa mənzilli radar və “Merac-4” adlı ikiölçülü radar sistemini yaratdıqlarını və hər iki radarın ordunun inventarına daxil olduğunu bildirib.
Radarlar ölkənin cənub əyalətlərində qurulub.
Nazir bildirib ki, “Merac-4” sistemi eyni zamanda 200-ə yaxın hava hədəfini axtarışını və izlənilməsini həyata keçirməyə imkan verir.



