İran HDQ-nin destroyerləri “Əbu Mehdi” raketi ilə silahlandırılıb

İran HDQ-nin destroyerləri “Əbu Mehdi” raketi ilə silahlandırılıb

İran Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus destroyerlər “Əbu Mehdi” qanadlı raketi ilə silahlandırılıb.

“Poliqon” “Fars” xəbər agentliyinə istinadən bildirir ki, bunu İran HDQ-nin komandanı kontr-admiral Şəhram İrani deyib.

O qeyd edib ki, raketlər İran HDQ-nin destroyerləri tərəfindən silahlanmaya qəbul olunub və onların təhvil verilməsi ilə bağlı məlumat yaxın vaxtlarda rəsmi olaraq elan ediləcək.

2020-ci ilin avqust ayında təqdim edilən “Əbu Mehdi” qanadlı raketi İranın müdafiə sənayesi tərəfindən yerli olaraq hazırlanıb və ona Mehdi Mühəndisin adı verilib. Atış uzaqlığı 1000 km-dən artıq olan “Əbu Mehdi” uzun mənzilli qanadlı raketinin əsas xüsusiyyəti yer altından və dərinlikdən atılmaq bacarığıdır. Bu isə raketin həm suüstü, həm də sualtı platformalardan buraxılmasına imkan verir.

İran müdafiə rəsmilərinin sözlərinə görə, “Əbu Mehdi”, Hərbi Dəniz Qüvvələrinin “səthdən-səthə” tipli qanadlı raket gücünü iki dəfə artırıb.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR