İsveç İtaliyadan 3000 ədəd çoxməqsədli nəqliyyat vasitəsi alır

İsveç İtaliyadan 3000 ədəd çoxməqsədli nəqliyyat vasitəsi alır

İtaliyanın “Iveco Defence Vehicles” şirkəti (IDV) İsveç Silahlı Qüvvələrinə  3000 ədəd MUV 4×4 çoxməqsədli nəqliyyat vasitəsi tədarük edəcək.

“Poliqon” IDV-yə istinadən xəbər verir ki, bunun üçün “Iveco Defence Vehicles” ilə İsveç Müdafiə Avadanlıqları İdarəsi (FMV) saziş imzalanıb.

Bildirilib ki, bu çərçivədə İsveç FMV tərəfindən IDV-yə 850 milyon SEK (80.1 milyon ABŞ dolları) dəyərindəki 400 ədədlik ilk sifariş verilib.

Sifarişə əsasən, nəqliyyat vasitələrinin İsveç Silahlı Qüvvələrənə çatdırılmasına 2024-cü ilin sonundan etibarən başlanacaq və 2025-ci ilin sonuna kimi yekunlaşdırılacaq.

Qeyd olunub ki, yüngül çoxməqsədli nəqliyyat vasitəsi olan MUV 4×4, İsveç Ordusuna müxtəlif variantlarda tədarük ediləcək.

Poliqon.az

CATEGORIES
TAGS