İyulda Azərbaycanın dövlət sərhədini pozan 112 nəfər saxlanılıb

Azərbaycan sərhədçiləri tərəfindən iyul ayında dövlət sərhədini pozan 112 nəfər saxlanılıb. Bu barədə “AzeriDefence” Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinə istinadən məlumat verib.Saxlanılanlardan 68 nəfəri Azərbaycan, 11 nəfəri Əfqanıstan, 10 nəfəri Özbəkistan, 7 nəfəri İran İslam Respublikası, 7 nəfəri Nigeriya, 3 nəfəri Moldova, 2 nəfəri Türkiyə, 2 nəfəri İsrail, 1 nəfəri Rusiya və 1 nəfəri Çin vətəndaşı olub. Bundan başqa, sərhəd rejim qaydalarını pozarkən 7 halda 13 nəfər, Xəzər dənizində sahilboyu rejim qaydalarını pozarkən 12 halda 31 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Bundan başqa, ötən ay DSX əməkdaşları tərəfindən respublikanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 202 nəfər aşkar edilərək aidiyyatı orqanlara üzrə təhvil verilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 7 halda 20 kiloqram 165,3 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

İyul ayında sərhədçilər həmçinin 2 milyon manat dəyərində qaçaqmalın keçirilməsinin qarşısını alıblar. Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində 41 halda ümumi dəyəri təqribən 1 milyon 886 min 750 manat olan qaçaqmal, o cümlədən 3 ədəd tüfəng, 23 ədəd patron, 10 ədəd giliz, patron üçün bir ədəd kəmər, 1 kiloqram qırma, 0,55 kiloqram barıt, tir tüfəngi üçün 3600 ədəd saçma, 1 milyon 900 min Avropa valyutası, 301 ABŞ valyutası, 967 ədəd zinət əşyası, 2 ədəd gizli qələm kamera, 2 ədəd qulaqasma böcəyi, 1 ədəd bıçaq, 3 ədəd qayıq, 462 ədəd mobil telefon, mobil telefonlar üçün 853 ədəd aksessuar, 2575 qutu siqaret, müxtəlif növ dərman preparatları, spirtli içki, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

Bundan başqa Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Türkmənistana məxsus 1 gəmiyə və ölkəmizə məxsus 11 qayığa baxış keçirilib, dənizdən 700 metr tor aşkar edilərək götürülüb.

KATEQORIYA: