“Kazakhstan Engineering” Ukrayna ilə geniş sferada əməkdaşlığa hazırlaşır

“Kazakhstan Engineering” şirkəti Ukrayna şirkətləri ilə birgə zirehli döyüş texnikaların təmiri və modernləşdirilməsi, Qazaxıstanda birgə gəmi istehsalı layihələrini müzakirə edir. “AzeriDefence”nin “Ukroboronprom” Dövlət Konserninə istinadən verdiyi məlumata görə, bu məsələlər “Kazakhstan Engineering” şirkətinin prezidenti Bolat Smaqulovun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 30-dan fevralın 2-dək Ukraynaya səfəri çərçivəsində müzakirə edilib. Qazaxıstan nümayəndə heyəti səfər çərçivəsində Ukraynanın müdafiə naziri Mixail Yejel, “Ukroboronprom” Dövlət Konserninin direktoru Dmitri Salamatin, həmçinin Ukraynanın energetika naziri ilə görüşlər keçirib. Görüşlərdə müdafiə və maşınqayırma sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Nümayəndə heyəti Ukraynanın bir sıra hərbi müəssisələrinə də baş çəkib.

CATEGORIES