Kərim Vəliyev Qazaxıstanda keçirilən “Altın Kıran-2024” təlimini izləyəcək

Kərim Vəliyev Qazaxıstanda keçirilən “Altın Kıran-2024” təlimini izləyəcək

Avqustun 23-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Qazaxıstana səfəri başlayıb.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirak etdiyi “Altın Kıran-2024” (“Qızıl Qartal-2024”) birgə taktiki-xüsusi təliminin taktiki epizodu izləniləcək, eləcə də ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

CATEGORIES
TAGS