
Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti Misir Müdafiə Nazirliyi ilə 155 mm-lik uzunmənzilli artilleriya sursat zavodunun qurulmasına dair müqavilə imzalayıb.
MKE-dən “Poliqon”a bildirilib ki, əlavə olaraq, şirkət Misirdə 7.62 mm və 12.7 mm-lik patron istehsalı müəssisəsinin qurulması üçün də bu ölkənin Müdafiə Nazirliyi ilə saziş bağlayıb.
Beləliklə, MKE şirkəti 4 qitədəki (Avropa, Amerika, Asiya və Afrika) 8 ölkədə yerləşən patron istehsalı müəssisələrinə Misiri də əlavə edərək, bu sahədə fəaliyyət göstərdiyi ölkə sayını 9-a çatdırıb.
Qurulacaq istehsal müəssisələrinin idarə olunması və həm Misirdə, həm də regionda ixrac potensialının artırılması məqsədilə MKE və Misir rəsmi qurumları arasında birgə şirkətin yaradılması barədə razılıq əldə edilib.













