MüdafiəXəbərlər

Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan-Türkiyə birgə təlimini izləyib – VİDEO

Bakıda Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Radioelektron mübarizə bölmələrinin birgə taktiki-xüsusi təlimi” keçirilib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mayın 8-də Müdafiə Nazirliyinin rəhbərliyi və digər vəzifəli şəxslər təlimin gedişatını izləyib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova təlimin mövzusu, mərhələləri və icra olunma ardıcıllığı məruzə edilib.

Qeyd edilib ki, şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə iştirakçılar yüksək texnologiyaların tətbiqi ilə müxtəlif qoşun növləri ilə qarşılıqlı əlaqədə müasir döyüş üsullarını məşq edib, qarşıya qoyulan tapşırıqları yüksək keyfiyyətlə icra edərək məqsədlərə nail olublar.

Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin taktiki-xüsusi fəaliyyətlərini və şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

Back to top button