“Nammo Defense Systems” şirkəti F-16 qırıcıları üçün katapult quruğusu istehsal edəcək
“Nammo Defense Systems” şirkəti F-16 döyüş təyyarələrinin oturacaqları üçün JM-60 CKU-5 katapult quruğusu istehsal edəcək.
“Poliqon” ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunun üçün şirkət ilə 10.6 milyon dollar dəyərində müqavilə imzalanıb.
Müqaviləyə əsasən, 2026-cı ilin iyun ayına qədər başa çatdırılması gözlənilən bütün işlər “Nammo Defense Systems” şirkətinin ABŞ-ın Arizona ştatının Mesa şəhərində yerləşən müəssisəsində yerinə yetiriləcək.
Həmçinin, müqaviləyə iki illik əlavə satınalma maddəsi də daxildir. Bu maddə işə düşəcəyi təqdirdə müqavilənin dəyəri 19.9 milyard ABŞ dollarına yüksələcək və işlərin tamamlanması 2028-ci ilin may ayına qədər uzanacaq.
Qeyd olunub ki, sifariş üzrə həyata keçiriləcək bütün fəaliyyətlər ABŞ-ın Xarici Hərbi Satış (Foreign Military Sales – FMS) proqramı çərçivəsində maliyyələşdiriləcək.