Növbəti komando kursu başa çatıb

Növbəti komando kursu başa çatıb

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, cari ilin döyüş hazırlığı planına uyğun olaraq, növbəti “Komando başlanğıc kursu”nun buraxılış mərasimi keçirilib.

Mərasimdə çıxış edənlər məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdıraraq hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətindən danışıb, komandolara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Məzunlara sertifikatlar təqdim olunduqdan sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub, xatirə şəkili çəkdirilib.

Poliqon.az

CATEGORIES