“Otokar” zirehli döyüş maşınlarını Cənubi Amerikada sərgiləyəir

“Otokar” zirehli döyüş maşınlarını Cənubi Amerikada sərgiləyəir

Türkiyənin “Otokar” şirkəti 11-14 aprel tarixləri arasında Braziliyanın Rio de Janeyro şəhərində keçirilən LAAD 2023 müdafiə sənayesi sərgisində iştirak edir.

“Otokar”dan “Poliqon”a verilən məlumata görə, Cənubi Amerikanın aparıcı müdafiə və təhlükəsizlik sərgilərindən biri olan LAAD 2023-də şirkət özünün zirehli maşınlar sahəsindəki geniş məhsul çeşidini və quru sistemlərindəki üstün imkanlarını təqdim edir.

Qeyd edək ki, “Otokar” Türkiyənin ən böyük özəl sərmayəli müdafiə sənayesi şirkətidir. Qlobal müdafiə sənayesindəki mövqeyini hər il daha yüksək səviyyələrə qaldıran “Otokar” şirkətinin NATO və BMT təchizatçısı kimi 33 minə yaxın zirehli texnikası 40-dan artıq ölkənin silahlı qüvvələri və təhlükəsizlik qurumlarında istifadə olunur.

Hazırda “Otokar”ın hərbi maşınları 60-dan çox son istifadəçi tərəfindən müxtəlif iqlim şərtlərində və müxtəlif coğrafi ərazilərdə aktiv şəkildə xidmətdədir. Öz sinfində dünyanın qabaqcıl maşınları arasında yer alan “Otokar” zirehli maşınları hərəkət imkanları, qoruma səviyyəsi və sağ qalma qabiliyyəti ilə diqqət çəkir.

Bu vasitələrin sırasında həm tırtıllı, həm də 8×8, 6×6 və 4×4 təkər formullu zirehli döyüş maşınları yer alır.

Poliqon.az

CATEGORIES
TAGS