POLİQON hərbi-kosmik texnoloji jurnalının 4 (66) 2023 sayı

POLİQON hərbi-kosmik texnoloji jurnalının 4 (66) 2023 sayı

POLİQON hərbi-kosmik jurnalının iyul-avqust 2023-cü il tarixli 4 (66) sayının yayımı başlanıb.

Dəyərli oxucularımız POLİQON jurnalının budəfəki səhifələrində Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərindən xəbərdar olacaqlar.

POLİQON-un yeni sayında Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədr müavini Dunay Bədirxanovla müsahibə, dünyanın ən böyük müdafiə sənayesi sərgilərindən biri olan IDEF-2023-də nümayiş etdirilən müasir texnoloji həllər, silah və texnikalar barəsində ətraflı məlumatlar və müsahibələr, habelə “Zakir Həsənov IDEF-2023 sərgisinin iştirakçılarına müraciət edib”, “IDEF-2023 dünya müdafiə sənayesini bir araya gətirdi”, “Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birgə təlimləri”, “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı təsis edilib”, ““TEKNOFEST Ankara” Aviasiya, Kosmos və Texnologiya Festivalı”, ““Revival P” QDF-yə ianə edilib və ANAMA-ya təqdim olunub”, “AzTU və MAA nümayəndə heyətləri Türkiyədə səfərdə olub”, “ANAMA yaradılmasının 25-ci ildönümünü qeyd edib” və digər başlıqlı yazılar yer alıb.

Jurnalımıza “Azərmətbuatyayım” ASC, “Kaspi Mətbuat Yayım” MMC, “Səma Mətbuat Yayım” MMC, “Azərpoçt”, “Qaya Mətbuat Yayım” MMC, “Ziya LTD” və “İnterpress” mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.

POLİQON hərbi-kosmik texnoloji jurnalının yeni sayının elektron versiyası

CATEGORIES