Polşa K239 “Chunmoo” YARS-ların ilk partiyasını bu yay təhvil alacaq

Polşa K239 “Chunmoo” YARS-ların ilk partiyasını bu yay təhvil alacaq

Polşa Cənubi Koreyadan sifariş etdiyi K239 “Chunmoo” yaylım atəşli reaktiv sistemlərin (YARS) ilk partiyasını cari ilin avqust ayında təhvil alacaq.

“Poliqon” xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Mariuş Blaşçak açıqlayıb.

Qeyd edək ki, Polşanın Müdafiə Nazirliyi və Cənubi Koreyanın “Hanwha Defense” şirkəti arasında K239 “Chunmoo” YARS-ların alqı-satqısı ilə bağlı müqavilə ötən ilin oktyabrında imzalanıb.

Bu müqavilə üzrə Polşa tərəfindən təhvil alınacaq 18 ədəd buraxıcı qurğu Ordunun 18-ci Mexanikləşdirilmiş Diviziyasının istifadəsinə veriləcək və ölkənin şərqini Rusiyadan gələn təhdidlərə qarşı qoruyacaq.

K239 “Chunmoo” YARS-ın əsas xassələri:

  • çapı – 130 mm / 227 mm / 239 mm;
  • effektiv atış məsafəsi – 130 mm – 36 km / 227 mm – 45 km / 239 mm – 80 km;
  • raketlərin idarəetmə sistemi – inersial və GPS;
  • döyüş vəziyyətində kütləsi – 25 ton;
  • uzunluğu – 9 metr;
  • eni – 2,5 metr;
  • hündürlüyü – 3 metr;
  • mühərrik – 400 at gücünə sahib dizel mühərriki;
  • yanacaq üzrə gediş ehtiyatı – 800 km;
  • şossedə maksimal hərəkət sürəti – 80 km/saat;
  • heyəti – 3 nəfərdir.

Poliqon.az

CATEGORIES
TAGS