Qazaxıstan Türk “Arma”sını sınaqdan çıxardı – FOTO

Qazaxıstan Türk “Arma”sını sınaqdan çıxardı – FOTO

Qazaxıstan silahlı qüvvələri Türkiyənin “Otokar” şirkətinin istehsalı olan 8×8 təkər formuluna malik “Arma” zirehli döyüş maşınını sınaqdan keçirib. 

“Azeri Defence”nin Qazaxıstan Müdafiə Nazirliyinin rəsmi media qurumu olan “Sarbaz” qəzetinə istinadən verdiyi məlumata görə maşının ilkin sınaqları 2020-ci ilin mart ayında Karaqanda vilayətindəki poliqonlardan birində olub.

Sərt şaxtalı havada, 30-60 santimetr dərinliyində qarlı ərazidə hərəkət qabiliyyəti yoxlanan “Arma”dan gecə və gündüz vaxtı praktiki atış sınaqları da həyata keçirilb.

“Arma”nın sınaqdan uğurla keçdiyi və tələblərə uyğunluğu Qazaxıstan tərəfində yaradılmış işçi qrupa bildirilib.

Sınaqlarda ordunun nümayəndələri ilə yanaşı Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafının Nazirliyinin nümayəndələri də iştirak ediblər.

8×8 “Arma” üstün taktiki və texniki xüsusiyyətlərə sahib modulyar, çox funksiyalı təkərli zirehli nəqliyyat vasitəsidir. Üstün manevr qabiliyyəti, yüksək mina və ballistik qoruması, orta və yüksək çaplı silah sistemləri ilə inteqrasiya variantları sayəsində “Arma” ən çətin ərazi və iqlim şəraitində, döyüş əməliyyatlarında xidmət edə bilir. “Arma” yüngül pulemyotla silahlandırılmış döyüş modullarından 25-30 mm orta çaplı toplar və 105 mm topa qədər müxtəlif silah sistemlərinin inteqrasiyası üçün uygundur.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstanda Fransanın “Nexter” və İtaliyanın “İveco” şirkətlərinin istehsalı olan zirehli döyüş maşınları sınaqlara təqdim olunsa da, sərt qış şərtlərində həmin maşınlar istənilən performansı göstərə bilməyib.

arma qazax 1

CATEGORIES
TAGS