Qırğızıstan Rusiyadan əlavə Mi-17 helikopteri almağı planlaşdırır
Qırğızıstan müdafiə imkanlarını artırmaq üçün Rusiyadan Mi-17 helikopteri almağı planlaşdırır.
“Poliqon” xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Təhlükəsizlik Şurasının iclasında Silahlı Qüvvələrin inkişafı məsələlərindən danışarkən deyib.
O bildirib ki, son 30 ildə ölkənin sərhədlərini və vətəndaşlarını qorumaq üçün “Bayraktar TB2” pilotsuz uçuş aparatları (PUA) da daxil olamaqla bir sıra müasir silahlar alınıb: “Fövqəladə Hallar Nazirliyinin ehtiyacları üçün 2 yeni “Airbus” helikopteri aldıq. Müdafiə Nazirliyi üçün büdcə vəsaiti hesabına 5 helikopter əsaslı təmir olunub”.
Rusiyadan yeni Mi-17V-5 helikopterinin alındığını vurğulayan Qırğızıstan Prezidenti, əlavə Mi-17-lərin də alınmasının nəzərdə tutulduğunu qeyd edib.
CATEGORIES Region