Qətər və BƏƏ havadan müdafiəsini THAAD-a əmanət edir
Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) raket əleyhinə yeni müdafiə sistemlərini satın almaq üçün ABŞ-a müraciət edib.
“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə ABŞ-ın Müdafiə və Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Müqavilə çərçivəsində hər iki körfəz dövləti ABŞ-dan THAAD sistemi almağı planlaşdırır.
Sazişlər təsdiqlənərsə müqavilələrin dəyəri 8 milyard ABŞ dolları təşkil edəcək. Bunun 6.5 milyard dolları Qətərin sifarişidir. Qətərin sifarişinə iki batareya, 12 işəsalma qurğusu, 150 raket əleyhinə raket, iki atəş və rabitəni idarəetmə sistemi, iki AN/TPY-2 və bir EWR radiolokasiya sistemi daxildir. BƏƏ-nin isə 1.1 milyard dollarlıq sifarişinə 9 işəsalma qurğusu, 48 raket əleyhinə raket, həmçinin köməkçi avadanlıq və personalın təlimi daxildir.