Rusiyanın “Remvoorujenie” holdinqi təmir olunan hərbi texnikanın həcmini artırıb

Rusiyanın “Remvoorujenie” holdinqi təmir olunan hərbi texnikanın həcmini artırıb

Rusiyanın “Remvoorujenie” holdinqi (“Rostex” Dövlət Korporasiyasının tərkibinə daxildir) Rusiya-Ukrayna müharibəsi başlayandan təmir olunan hərbi texnikanın həcmini iki dəfə artırıb.

“Poliqon” “Rostex” Dövlət Korporasiyasına istinadən xəbər verir ki, istehsal sahələrinin dinamik inkişafı və modernləşdirilməsi hesabına holdinqin gücü yüksəldilib.

Bildirilib ki, “Remvoorujenie” xüsusi əməliyyat zonasında fəal şəkildə istifadə olunan müxtəlif çaplı atıcı silahların, avtomatik və əl qumbaraatanlarının, 30 mm-lik 2A42 toplarının, eləcə də 122 mm-lik 2A31 haubitsalarının əsas növlərinin modifikasiyası, modernləşdirilməsi və əsaslı təmiri üzrə ixtisaslaşıb. Bu il KORD tipli iriçaplı piyada və tank pulemyotlarının təmirinə başlanılması istiqamətində holdinqdə fəal iş aparılır.

CATEGORIES