Tu-95MSM bombardmançı təyyarəsinin növbəti sınaqları keçirilib

Tu-95MSM bombardmançı təyyarəsinin növbəti sınaqları keçirilib

Rusiyanın modernləşdirilmiş Tu-95MSM strateji bombardmançı təyyarəsinin növbəti uçuş sınaqları keçirilib.

“Poliqon” xəbər verir ki,  bu barədə “Rostex” Dövlət Korporasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, baş tutan uçuş sınaqlarında təyyarənin havada olan zaman sistem və avadanlıqlarının düzgün işləmə prinsipi yoxlanılıb.

Tu-95MSM bombardmançı təyyarəsi Rusiyanın Birləşmiş Təyyarə Korporasiyasının (OAK) tərkibinə daxil olan Tupolev Konstruktor Bürosu və G.M.Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksi (TANTK) tərəfindən birgə modernləşdirilib.

Modernləşdirmə çərçivəsində qitələrarası ucuş məsafəsinə (5000 km-dan artıq) malik Tu-95MSM yeni mühərrik, müasir naviqasiya, radioelektron mübarizə və silah sistemləri ilə təchiz edilib.

Xatırladaq ki, Tu-95MSM-in sınaqlarına 2020-ci ilin ikinci yarısından başlanılıb və indiyə kimi davam edir.

Poliqon.az

CATEGORIES
TAGS